ABŞ-ın Rusiyadakı səfiri rus aktivlərinin dondurulmasını istisna etmir
ABŞ-ın Rusiyadakı səfiri rus aktivlərinin dondurulmasını istisna etmir

ABŞ-ın Rusiyadakı səfiri, yaxın gələcəkdə ABŞ-da rus aktivlərinin dondurulmasını istisna etmir.

Con Hantsmanın dediyinə görə, Vaşinqton Kremlin istənilən cavabı üçün hazırdır və əlavə tədbirlərin görülməsinin yenə də lazım olması mümkündür.

“Biz Moskvanın istənilən cavabı üçün hazırıq. Lazım olduğu təqdirdə, biz bir daha cavab verməyə hazırıq. Bəzən ölkə bu cür addımlar atmağa məcbur olur”, – Hantsman bəyan etdi.

Xatırladaq ki, martın 26-da ABŞ, Rusiya kəşfiyyatının keçmiş zabiti, Sergey Skripalinin zəhərlənməsi işi ilə bağlı, 60 rus diplomatını qovdu. Rusiyada bəyan etdilər ki, mütləq cavab tədbirlərini görəcəklər.