ABŞ Rusiya raketlərini və pilotsuz təyyarələrini vurmaq üçün Ukrayna yaxınlığında THAAD tipli raket əleyhinə sistem yerləşdirmək niyyətində olmadığını bildirir
ABŞ İsraildə olduğu kimi Rusiya raketlərini və pilotsuz təyyarələrini vurmaq üçün Ukrayna yaxınlığında THAAD tipli raket əleyhinə sistem yerləşdirmək niyyətində deyil. Bu barədə jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Sabrina Sinq danışıb.
Sinqin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki münaqişə bir-birindən fərqlidir.
“Bu, fərqli bir müharibə növüdür, fərqli bölgələr və İsrail və Ukrayna qarşısında öhdəliklər fərqlidir”. – Pentaqon nümayəndəsi bildirib.
Bundan əlavə, Sinq təsdiqləyib ki, ABŞ Müdafiə Nazirliyi və hökumət İsrail və Ukraynanı müdafiə ehtiyacları baxımından dəstəkləməyə davam edəcək.