ABŞ Qida və Dərman Administrasiyası koronavirusun müalicəsi üçün "Merk" istehsalı həbləri təsdiqləyib
ABŞ Qida və Dərman İdarəsi koronavirusun müalicəsi üçün Merck həblərini təsdiqləyib. Məlumatı Reuters agentliyi yayıb.
Merck və Ridgeback Biotherapeutics tərəfindən istehsal olunan Molnupiravir, risk altında olan yetkinlərdə yüngül və orta dərəcəli infeksiyaların müalicəsi üçün nəzərdə tutulub. Tədqiqatlar göstərib ki, preparatın xəstəliyin ilkin mərhələsində istifadəsi xəstəxanaya yerləşdirməni 30% azaldır.
Administrasiya Dərmanların Qiymətləndirilməsi və Tədqiqat Mərkəzinin direktoru Patrisiya Kavakon bildirib ki, koronavirusun yeni variantlarının yayılması fonunda fövqəladə icazədən istifadə etməklə virusla mübarizə aparmaq üçün terapevtik arsenalın artırılması vacibdir.