ABŞ prezident seçkilərinin qalibi dördüncü gündür məlum deyil, altı ştatda səslərin hesablanması davam edir
ABŞ prezident seçkilərinin qalibi dördüncü gündür məlum deyil, altı ştatda səslərin hesablanması davam edir

ABŞ-da prezident seçkilərindən dörd gün keçdi, ancaq qalibin kim olduğu hələdə məlum deyil.

Son göstəricilərə görə, səslərin hesablanması altı ştatda davam edir.

Onların arasında ən əsas Pensilvaniyadır, harda qalib olduğu halda demokratların namizədi prezident olmaq üçün gərəkən səsləri yığacaq.

Donald Tramp və Co Baydenin yığdıqları səslər arasında Pensilvaniyadaki fərq 28 800-dən artıqdır.

Ona görə də, səslərin yenidən hesablanması istisna olunmur.

Namizədlər arasında kiçik fərq Nevada və Arizonada da var, harda Bayden 22 657 və 29 861 səslə liderlik edir.

Corciyada fərq 4 396 səsdir və buna görə, səslər yenidən hesablanacaq.

Tramp Şimali Karolina və Alyaskada qalib gəlir, ancaq tam qələbə üçün bu yetərli deyil.

Trampın vəkilləri səslərin hesablanması zamanı qeydə alınan pozuntular haqqında danışırlar və Ali Məhkəməyə şikayət edəcəklərini bildirirlər.

Öz növbəsində, seçicilərə Delaver şəhərindən seçki yarışının lideri Bayden müraciət etdi.

Bayden bəyan etdi ki,  qalib olacağından əmindir.