ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi Lloyd Ostini Ukrayna tərəfindən Rusiyanın ərazisində yerləşən hədəflərə hücum etmək üçün icazə verməyə çağırıb
ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi Lloyd Ostini Ukrayna tərəfindən Rusiyanın ərazisində yerləşən hədəflərə hücum etmək üçün icazə verməyə çağırıb

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi müdafiə katibini Lloyd Ostini Ukrayna tərəfindən Rusiyanın ərazisində yerləşən hədəflərə hücum etmək üçün icazə verməyə çağırış edən müraciət yayıb. Məlumatı Ukrayna mediası yayır.

Bununla yanaşı, müraciətdə konqresmenlər qrupu Ostini Ukrayna hərbçilərinin Amerikanın “F-16” tipli döyüş təyyarələrində təlim prosesini genişləndirməyə çağırır.

“12 pilotun hazırlanması sadəcə olaraq kifayət deyil. “Ukrayna müharibə vəziyyətindədir və digər ölkələrlə müqayisədə ona üstünlük verilməlidir”, – deyə müraciətdə qeyd olunub.

Amerikalı qanunvericilər hesab edirlər ki, Bayden administrasiyasının siyasəti dəyişdirilməlidir, çünki sözügedən siyasət ukraynalılara özlərini effektiv müdafiə etməyə imkan vermir.

Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Ternerin bəyanatına görə, Ukraynaya “müəyyən şərtlərdə” Rusiya ərazisində yerləşən strateji hədəflərinə hücum etmək icazəsi verilə bilər.

Qanunvericilər həmçinin göstərirlər ki, Kiyev “böyük şəhər ərazilərini” müdafiə etmək üçün əlavə olaraq ən azı yeddi “Patriot” tipli sistemi tələb edir.