ABŞ Nümayəndələr Palatasının altı komitəsinin sədri Robert Müllerin istintaqının tam hesabatının aprelin 2-dək açıqlanmasını tələb edir
ABŞ Nümayəndələr Palatasının altı komitəsinin sədri Robert Müllerin istintaqının tam hesabatının aprelin 2-dək açıqlanmasını tələb edir

Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasının altı komitəsinin sədri, ABŞ-n baş prokurorundan, Uiliam Baridən, Robert Müllerin istintaqının tam hesabatının aprelin 2-dək açıqlanmasını tələb edir.

“Biz, rəsmi olaraq aprelin 2-dən gec olmayaraq xüsusi prokurorun hesabatının tam mətninə əlçatarlığını tələb edirik. Həmçinin müraciət edirik ki, eyni zamanda hesabatda istifadə olunun dəlilləri və materilalları komitələrə verməyə başlayasınız”, – baş prokurora göndərilən məktubda deyilir.

Konqressmenlər həmçinin məktubda yazırlar ki, Robert Müllerin hesabatı barəsində, baş prokurorun, Uiliam Bari tərəfindən təqdim olunan dörd səhifəli sənəd Konqress üçün kifayət deyil.