ABŞ Nümayəndələr Palatası Donald Trampın İrana qarşı hərbi səlahiyyətlərini məhdudlaşdıracaq qətnaməni qəbul edib
ABŞ Nümayəndələr Palatası Donald Trampın İrana qarşı hərbi səlahiyyətlərini məhdudlaşdıracaq qətnaməni qəbul edib

ABŞ Nümayəndələr Palatası Donald Trampın İranla bağlı hərbi səlahiyyətlərini məhdudlaşdıran qətnamə qəbul edib.

Qətnamə 215 lehinə, 208 əleyhinə səslə qəbul olunub. Sənədi dörd respublikaçı konqresmen də dəstəkləyib – Thomas Massie, Brian Fitzpatrick, Tom Barrett və Warren Davidson.

Xarici KİV-lərin məlumatına görə, demokrat konqresmenlər həftələrdir bu qətnamənin qəbulunu tələb edirdilər. Son dövrlərdə isə onların mövqeyinə getdikcə daha çox respublikaçı qoşulurdu.

Qətnamənin qüvvəyə minməsi üçün onun Senat tərəfindən təsdiqlənməsi tələb olunur. Bununla yanaşı, sənədin prezidentin imzasına təqdim edilməyəcəyi bildirilir.

Bu məsələ ilə bağlı Senatda səsvermə mart və aprel aylarında bir neçə dəfə təxirə salınmışdı.