ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu - Ukraynanın qüvvələri Kursk vilayətində 10 kilometr dərinliyə daxil olublar
ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu - Ukraynanın qüvvələri Kursk vilayətində 10 kilometr dərinliyə daxil olublar

 
Ukraynanın qüvvələri Rusiya Federasiyasının Kursk vilayətində 10 kilometr dərinliyə daxil olublar – bu haqda Amerikanın Müharibə Araşdırmaları İnstitutunun hesabatında deyilir.

Məruzəyə əsasən, Ukraynanın zirehli texnikası beynəlxalq səviyyədə tanınmış sərhəddən təxminən 10 kilometrə, 38K-030 magistral avtomobil yolu boyunca mövqelərə daxil olub.

Analitiklərin fikrincə, bütün bunlar Ukraynanın qüvvələrinin ən azı iki rus müdafiə xəttini və möhkəmləndirilmiş məntəqəni yarması deməkdir.

Müharibə Araşdırmaları İnstitutu rus mənbəyə istinadən yazır ki, Ukraynanın qüvvələri Kursk bölgəsində 45 kvadrat kilometr ərazini zəbt ediblər.

Digər rus mənbələrinə əsasən, Ukraynanın qüvvələri ümumilikdə 11 yaşayış məntəqəsini ələ keçiriblər. Hazırda Korenovo və Sucinin ətrafında döyüşlər gedir.