ABŞ-nin Ali Məhkəməsi Donald Trampın porno ulduz Stormi Deniels ilə əlaqəli hökmünün ləğv edilməsi haqda  Missuri ştatının vəsatətini təmin etməyib
ABŞ-nin Ali Məhkəməsi Donald Trampın porno ulduz Stormi Deniels ilə əlaqəli hökmünün ləğv edilməsi haqda Missuri ştatının vəsatətini təmin etməyib

 
ABŞ-nin Ali Məhkəməsi Donald Trampın porno ulduz Stormi Denielsə səssiz qalmaq müqabilində pul ödənilməsi ilə əlaqəli hökmünün ləğv edilməsi haqda Missuri ştatının vəsatətini təmin etməyib.

Missuri ştatı şikayət ərizəsində Trampa qarşı işin ABŞ-nin Konstitusiyasına əsasən seçicilərin “prezidentliyə namizədi dinləmək və ona səs vermək” hüququnu pozduğunu iddia edirdi.

Missuri ştatının baş prokuroru iyulun 3-də Nyu-York ştatına qarşı şikayət ərizəsi daxil edib. Ştatlar arasında hüquqi dava birbaşa Ali Məhkəmədə aparılır.

Məlumat üçün bildirək ki, Nyu-Yorkun andlılar məhkəməsi Amerikanın keçmiş prezidenti Donald Trampı bütün 34 cinayət işi üzrə ittihamda təqsirli bilib. Donald Trampı 2016-cı ilin seçkiöncəsi fonddan xərclənən və sənədlərdə hüquqi xidmət xərci kimi qeyd edilən 130 min dollara görə məhkəməyə veriblər, istintaqın iddiasına görə isə, bu məbləği porno ulduz Stormi Denielsə Trampla cinsi əlaqəsi haqda səssiz qalması müqabilində ödəyiblər.

Donald Tramp şəxsən özünü günahsız hesab edir.