ABŞ-ın Müdafiyə Avtorizasiyası aktının layihəsi - Müdafiyə katibi Gürcüstanın təhlükəsizlik sahəsinin gücləndirilməsinə yardım etməlidir
ABŞ senatı administrasiyaya müraciət edir ki, təhlükəsizlik sahəsində, çox şeyi əhatə edən əməkdaşlıq strategiyasını hazırlasın, hansı ki, ABŞ-ın Avropalı partnyorları və həmçinin, Gürcüstanla əməkdaşlığı daha rasiyonal və prioritetli etsin.
Bu barədə ABŞ-ın Müdafiyə Avtorizasiyası aktınının layihəsinin, Senat tərəfindən hazırlanan versiyasında deyilir.
Bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayır.
ABŞ-ın Müdafiyə Avtorizasiyası aktının layihəsinin Senat tərəfindən hazırlanan versiyasında Gürcüstan ABŞ -ın müttəfiqi və partnyoru olaraq, müzakirə olunur – bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.
İdarənin məlumatına görə, 2018-ci ilin iyunun 18-də ABŞ Senatı 2019-cu fiskal ilinin müdafiyə avtorizasiyası aktının (NDAA) qanunlayihəsinin öz versiyasını təsdiqlədi, hansı ki, 2019-cu fiskal il üçün ABŞ-ın Müdafiyə departamentinin siyasətini və büdcə prioritetlərini müəyyən edəcək.
Sənəddə deyilir ki, Avropada ABŞ-ın müttəfiqləri və partnyorlarının gücləndirilməsi üçün ABŞ-ın Müdafiyə Katibi, Dövlət Katibi və Avropada ABŞ-ın hərbi koordinasiyası ilə bərabər, Gürcüstanın təhlükəsizlik sahəsinin inkişafı üçün əl verişli şəraitllər yaradılacaq ki, Gürcüstanın silahlı qüvvələri NATO qüvvələri ilə müvafiqləşdirilsin.