ABŞ müdafiə katibi Lloyd Ostinin Gürcüstana səfəri başa çatdı

10:18, 19.10.2021

ABŞ müdafiə katibi  Lloyd Ostinin Gürcüstana səfəri başa çatdı. Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Tbilisi  Beynəlxalq Hava Limanından amerikalı həmkarı ilə vidalaşdı, ziyarətinə və dəstəyinə görə bir daha təşəkkür etdi və uğurlar arzuladı.

Pentaqon rəhbəri ABŞ Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə birlikdə Gürcüstana rəsmi səfər etdi.

Müdafiə naziri və Gürcüstanın Baş naziri ilə ikitərəfli görüşlərin yanında Lloyd Ostin Xüsusi Hərəkat Qüvvələrinin hərbi bazasını da ziyarət etdi.

Gürcüstanın Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər zamanı Gürcüstanın Müdafiə Nazirliyi ilə ABŞ Müdafiə Nazirliyi arasında Gürcüstanın müdafiə qabiliyyətini və saxlama qabiliyyətini gücləndirməyi nəzərdə tutan müqavilə imzalanıb.

Müdafiə naziri Gürcüstan adından Alyansın gələcək üzvü kimi Gürcüstanın müdafiə qabiliyyətini artırmağa və ölkənin dayanıqlılığını gücləndirməyə xidmət edən mühüm strateji, uğurlu və artan əməkdaşlığa görə ABŞ hökumətinə təşəkkür etdi.

Oxşar