ABŞ-ın Milli Müdafiyə Büdcəsinin Layihəsi - ABŞ Gürcüstana təhlükəsizlik sektorunda dəstəyini Gücləndirməlidir
ABŞ-ın Milli Müdafiyə Büdcəsinin Layihəsi - ABŞ Gürcüstana təhlükəsizlik sektorunda dəstəyini Gücləndirməlidir

Amerika Birləşmiş Ştatları təhlükəsizlik sektorunda Gürcüstana dəstəyini gücləndirməlidir, – bu barədə ABŞ-ın Milli Müdafiyə Büdcəsinin 2019-cu ilin layihəsində deyilir.

Sənəddə söhbət letal müdafiyə yardımlarından və həmçinin Gürcüstanın Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması barədə söz edilir.

Qanunlayihədə həmçinin deyilir ki, Gürcüstan və Ukrayna Qara Dənizdə planlaşdırılan təlimlərə də qoşulmalıdırlar.

Yenə bir punktda deyilir ki, ABŞ NATO-nun açıq qapı siyasətini və həmçinin, Gürcüstanım alyansa daxil ediləcək üzvlüyünü dəstəklədiyini təsdiqləməlidir.

Bununla yanaşı, sənədə əsasən, ABŞ Ukraynaya 250 milyon dollar məbləğində yardım verməyi planlaşdırır. Həmin məbləğdən 50 milyon dollar letal silah üçün xərclənəcək.

Sənədi ABŞ-ın nümayəndələr palatası artıq dəstəklədi.

Dəyişikliklərin əlavə edildiyi qanunlayihə, iyulun 25-də yayıldı.

Qanunlayihənin qanuna çevrilməsi üçün senatın dəstəyi və prezident Trampın imzası lazımdır.