ABŞ-Meksika sərhədinin yanında 11 nəfər öldürüldü.
3 qadın və 8 kişinin cəsədi Siudad Xuares şəhərində tapıldı.
Bu barədə məlumatı yerli medya yayır.
Öldürülənlərin identifikasiyası hələ başa çatmayıb, ancaq polis baş verən hadisəyi kriminal qruplaşmalar arasında münaqişə ilə əlaqələndirir.
Hadisənin istintaqını prokurorluq aparır.
Qeyd edilməlidir ki, kriminal hadisə Siudad Xuaresdə Meksikanın yeni seçilmiş liderinin bu şəhərə səfərindən bir neçə gün əvvəl baş verdi.
Məlum olduğu kimi, Lopes Obrador Siudad Xuaresə çərşənbə axşamı gedəcək, harda Meksikada zorakılığın qarşısını almağa həsr edilən konfransda iştirak edəcək.
Lopes Obrador Meksikanın lideri vəzifəsinə iylun birində seçildi.
O ölkə əhalisinə vəd etdi ki, korrupsiya və kriminogen vəziyyətlə mübarizə etmək üçün əlindən gələni edəcək.