ABŞ Konqresinə seçkilərdə, ilkin məlumatlara görə, Respublikaçılar Partiyası Senatda çoxluğu qazanıb
ABŞ Konqresinə seçkilərin ilkin nəticələri Respublikaçılar Partiyasının Senatda çoxluğu qazandığını göstərir.
Mövcud məlumatlara görə, 100 nəfərlik Senatda respublikaçılar ən azı 51 yerə sahibdirlər.
Nümayəndələr Palatasına seçkilərə gəlincə, burada 100 yerin necə bölüşdürüləcəyi hələ məlum olmasa da, respublikaçılar öndədir.
İndiyədək Senatda demokratlar, 435 yerlik Nümayəndələr Palatasında isə respublikaçılar çoxluq təşkil edirdi.