ABŞ Konqresinə Gürcüstana, Ukraynaya və Moldovaya dəstək rezolyusiyası təqdim edildi.
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, rezolyusiyanın təşəbbüskarı Gürcüstanın dost qrupunun sədri Ted Podur (Texas ştatında Respublikaçı).
Rezolyusiyayı bu mərhələdə necə Respublikaçılar, eləcə də Demokratlar partiyasından, səkkiz həm-sponsor dəstəkləyir.
Rezolyusiya ABŞ iqtidarına və onun Avropalı müttəfiqlərinə müraciət edir ki, Rusiya iqtidarına, qeyd olunan ölkələrə qarşı üzərinə götürüyü öhdəlikləri yerinə yetirməsi üçün təzyiq etməyə davam etsinlər.
Rezolyusiya gələn həftə ABŞ-ın nümayəndələr palatasının Xarici Əlaqələr Komitəsində səs verməyə çıxarılacaq.