ABŞ Konqresində Suriyə tərəfindən Gürcüstanın işğal edilmiş ərazilərinin müstəqilliyinin elan edilməsini qınayan rezolyusiya hazırlandı
ABŞ Konqresində Suriyə tərəfindən Gürcüstanın işğal edilmiş ərazilərinin müstəqilliyinin elan edilməsini qınayan rezolyusiya hazırlandı

ABŞ Konqresi Suriyə tərəfindən Gürcüstanın işğal edilmiş əraziləri olan Cənubi Osetiya və Abxaziya regionlarının müstəqilliyinin elan edilməsini qınayan rezolyusiyayı təqdim etdi.

Bu barədə məlumatı rezolyusiyanın sponsoru olan konqresmen Fransis Runo, Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani ilə görüş zamanı verdi.

Bu haqda məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.

Görüş zamanı Xarici İşlər Nazirliyi konqresmenə Gürcüstana verdiyi dəstək üçün təşəkkür etdi və qeyd etdi ki, qeyd olunan rezolyusiyanın inisiasiyası ABŞ tərəfindən Gürcüstana göstərilən güclü dəstəyinin bariz nümunəsidir.

“Gürcüstan ABŞ-ın Avrasiya regionundaki sadiq partnyorudur və Rusiya federasiyasının vassal dövləti olan (“client state”) – Suriyə Respublikası tərəfindən Abxaziya və Cənubi Oestiya regionlarının müstəqilliyinin elan edilməsini qınayırıq” – deyilir rezolyusiyada.