ABŞ-ın Xəzinə Departamenti Rusiya və Çin gəmilərini "qara siyahıya" salacaq
Şimali Koreyaya qoyulan sanksiyalara rəğmən Pxenyanla ticari ünsiyyətdə olan Rusiya və Çin gəmiləri “qara siyahıya” düşəcəklər, – bu barədə bəyanatı ABŞ-ın Xəzinə Departamentinin katibi Stiven Mnuçin verdi.
Onun dediyinə görə, qeyri-leqal dəniz ticarəti Şimali Koreyaya nüvə silahını hazırlamağa yardım edir.
“Bizim bu addımımız Şimali Koreya rejiminə təzyiq göstərmək üçün vacibdir ki, Pxenyan nüvə silahını hazırlaya bilməsin. Hansı ölkənin olmasına baxmayaraq, biz Pxenyanla ticari əməkdaşlıq edən hər gəmiyi qara siyahıya salacağıq” – dedi Mnuçin.