ABŞ-ın Xarici İnvestisiya Korporasiyası Anakliya limanının inşaatı üçün 100 milyon ABŞ dolları ayırmağı planlaşdırır
ABŞ-ın Xarici İnvestisiya Korporasiyası OPİK Anakliyada limanın inşaatı üçün təqribən 100 milyon ABŞ dolları ayırmağı planlaşdırır.
Layihənin maliyyə məsələləri bugün OPİK-in icraçı vitse-prezidenti ilə keçirilən görüşdə müzakirə olundu.
Özəl Xarici İnvestisiya Korporasiyası OPİK – amerikan investisiyalarının beynəlxalq bazarlarda həyata keçirilməsinə yardım edən ABŞ agentliyidir.
Anakliya limanının inşaatının ilk mərhələsi artıq başlayıb və liman ərazisində dəniz inşaat işlərinin aparılması üçün, ağır texnikanın mobilizasiyası davam edir.