ABŞ-ın Kəşfiyyat xidməti - Gürcüstan üçün əsas təhlükə Rusiya tərəfindən ərazilərinin işğalıdır
ABŞ-ın Kəşfiyyat xidməti - Gürcüstan üçün əsas təhlükə Rusiya tərəfindən ərazilərinin işğalıdır

ABŞ-ın milli kəşfiyyat direktorunun hesabatında qlobal təhlükələrlə bağlı mövzular arasında Gürcüstan haqqında da söz edildi.

Deniel Koutsun “ABŞ-ın kəşfiyyat xidmətləri tərəfindən qlobal təhlükələrin dəyərləndirilməsi” adlı hesabatı ABŞ milli kəşfiyyat xidmətinin veb-səhifəsində yayıldı.

Hesabata əsasən, bu il də, Gürcüstan üçün əsas təhlükə olaraq, yenə Rusiya tərəfindən işğal edilən regionlar və qərb strukturlarına inteqrasiyaya maneçilik qalır.

Hesabatda həmçinin, qeyd olunur ki, iqtidar dəstəsi ehtimala görə, müxalifətə təzyiq edib, hakimiyyətin institusiya məhdudiyyətlərini azaldmağa çalışacaq.