ABŞ Kabildən hərbi personalının çıxarılması prosesinə başladı. Məlumatı “Reuters” agentliyi yayır.
Pentaqonun bəyanatına görə, vətəndaşların və dinc əhalinin iki həftəlik təxliyəsi prosesindən sonra, ABŞ Kabil aeroportunda yerləşdirilmiş hərbçilərin çıxarılması prosesinə başlayır. Hazırda Kabil aeroportunda dörd mindən az hərbçi qalıb.
Bundan başqa, Pentaqonun bəyan etdiyinə görə, dünən gecə dronlarla həyata keçirilmiş bombalama zamanı “İslam Dövlətinin” iki üzvünü öldürdülər. Onlar Kabil terrror aktının təşkilində şübhəli bilinirdilər.
“Talibanın” nümayəndəsi, Zabiulla Mucahedin bəyan etdiyinə görə, ABŞ əsgərlərinin çıxmasından sonra aeroprta onlar nəzarət edəcəklər və gələcək hökumətin formalaşdırılmasına başlayacaqlar.
Evakuasiya prosesinin başa çatması son tarixi olaraq 31 avqust müəyyən edilib.