ABŞ Çeçenistanın Daxili İşlər Nazirliyinin Qroznı Bölməsinin rəhbərinə qarşı sanksiyalar qoydu
ABŞ Çeçenistanın Daxili İşlər Nazirliyinin Qroznı Bölməsinin rəhbərinə qarşı sanksiyalar qoydu

ABŞ Dövlət Departamenti Çeçenistanın Daxili İşlər Nazirliyinin Qrozno Bölməsinin rəhbəri Aslan İrasxanova qarşı sanksiyalar qoydu.

Bu barədə insan hüquqlarının beynəlxalq günü ilə bağlı, ABŞ Dövlət Departamenti tərəfindən yayılan bəyanatıda deyilir.

Vaşinqton İrasxanovu insan hüquqlarının kütləvi şəkildə pozulmasında, daha doğrusu, Ahmat Kadırovun rəhbərlik etdiyi dövrdə, 27 polisin qətlə yetirilməsində ittiham edir.

ABŞ Dövlət Departamenti, ümumiyyətlə, Çeçenistanda insan hüquqlarının pozulması, ölüm cəzası, işgəncələr və insanların məhkəməsiz itkin düşməsi faktları ilə bağlı narahatçılığını bildirir.

2017-ci ilin iyul ayında, “Novaya qazeta” 27 nəfərlik siyahı yaydı, hansındaki insanlar hüquqmühafizə orqanları tərəfindən 2017-ci ilin yanvarın 26-da öldürüldülər.

Onların qətli ilə bağlı yerli medya vasitələri bəyan etdilər ki, onlar “İslam Dövləti” teror təşkilatının üzvləri idilər.

ABŞ Dövlət Departamentinin məlumatına görə, İraxsanovla bərabər, sanksiyalar Səudi Ərəbistanın İstanbuldaki sabiq konsulu Muhammed Al Uteybiyə də toxunacaq, hansı ki, jurnalist Cemal Kaşıkçının qətlində şübhəlidir.