ABŞ "İslam dövlətinin" lideri haqqında məlumat üçün qoyduğu mükafatı ikiqat artırdı
ABŞ “İslam dövlətinin” lideri haqqında məlumat üçün qoyduğu mükafatı ikiqat artırdı.
Bu barədə ABŞ-ın Dövlət Departamenti tərəfindən yayılan bəyanatda deyilir.
Belə ki, Amira Muhamməd Said Abdel Rahman Al-maulinin yerini ABŞ-ın müvafiq orqanlarına bildirənlər mükafat olaraq 10 milyon dollar alacaqlar.
ABŞ-ın məlumatına görə, “İslam Dövlətinin” lideri insan qaçırdmaqda, qətlə yetirməkdə və satmaqda ittiham olunur. Onun qurbanları isə, əsasən dini azlıqlar, xüsusi ilə də yezid-kürdlər olurdular.
Xatırladaq ki, Al-Mauli terorist qruplaşmasının lideri Abu Bakr Al-Bağdadi qətlə yetirildikdən sonra oldu.