ABŞ İranın kriptovalyuta aktivlərindən 1 milyard dollar müsadirə edib
ABŞ İranın kriptovalyuta aktivlərindən 1 milyard dollar müsadirə edib

ABŞ-ın maliyyə naziri Scott Bessent bildirib ki, Vaşinqton İrana məxsus kriptovalyuta aktivlərindən 1 milyard dolları müsadirə edib.

Bessentin sözlərinə görə, bu qərar İrana qarşı iqtisadi təzyiq siyasəti çərçivəsində qəbul olunub.

İran mediasının məlumatına görə, Tehran danışıqların növbəti mərhələsinə başlamazdan əvvəl dondurulmuş İran vəsaitlərindən 12 milyard dolların azad edilməsini tələb edir.