ABŞ İrana müraciət edir ki, koronavirusla bağlı dəqiq məlumat yaysın
ABŞ İrana müraciət edir ki, koronavirusla bağlı dəqiq məlumat yaysın

Amerika Birləşmiş Ştatlarının dövlət katibi İran iqtidarına müraciət edir ki, koronavirusla bağlı dəqiq məlumat yaysın.

“Amerika Birləşmiş Ştatları İran rejimi tərəfindən infeksiyanın yayılması ilə bağlı detalların gizlədilməsi ilə bağlı yayılan məlumata görə, şokdadır.

İran daxil olmaqla, hər bir ölkə koronavirusla bağlı dəqiq məlumat verib, beynəlxalq təşkilatlarla əməkdaşlıq etməlidir” – dedi dövlət katibi Maik Pompeo.

Rəsmi göstəricilərə görə, İranda koronavirusdan 16 nəfər ölüb.