ABŞ İrana qarşı yeni sanksiyalar qoydu
ABŞ İrana qarşı yeni sanksiyalar qoydu

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi.

Bu səfərki məhdudiyyətlər metalurgiya industriyasına istiqamətləndirilib.

ABŞ-ın Xəzinə Departamentinin veb-səhifəsidə bildirilir ki, sanksiya siyahısına 17 şirkət və bir fiziki şəxs daxil edilib.

İrana qarşı sanksiyaların qoyulması ilə bağlı məlumatı ABŞ-ın Dövlət Departamenti yayır.

“İran rejimi metalurgiya sektorundan aldığı gəliri dünyada rejimlərin destabilizasiyasının maliyyələşdirilməsi üçün xərcləyir”, – deyilir veb-səhifədə yayılan Mayk Pompeonun bəyanatında.