ABŞ-ın Yerusəlimdəki Səfirliyi öz vətəndaşlarını gözlənilən hücum haqqında xəbərdar edir.
Səfirliyin veb-səhifəsində yayılan bəyanatda qeyd olunur ki, mayın 14-də Amerika Birləşmiş Ştatlarının, Fələstinin qəzəbi fonunda diplomatik nümayəndəliyinin Tel-Avivdən Yerusəlimə keçirməsindən bir il tamam olur.
Səfirliyinin bəyanatında qeyd olunur ki, teroristlər bu tarixdən növbəti hücum üçün istifadə edə bilərlər. Həmçinin, qeyd olunur ki, bu tarix Avroviziya mahnı müsabiqəsinə dənk gəldi və həmin gün, mayın 15-də İsraildə Nekba günü qeyd olunur.
Bununla bağlı, səfirlik öz vətəndaşlarına konkret instruksiyalar verir.
“Raket hücumu zamanı fövqəladə təhlükə siqnalı səslənə bilər. Belə siqnalları real hesab edin və yerli hakimiyyətin instruksiyalarına riayət edərək, dərhal sığınacaq axtarın. Mövcud olan sığınacaqların yerini əvvəlcədən öyrənin” – deyilir səfirliyin bəyanatında.
ABŞ səfirliyi həmçinin, vətəndaşlarına tövsiyyə edir ki, yerli medyaya diqqət etsinlər və demonstrasiya və mitinq yerlərindən baş qaçırdsınlar.