ABŞ-ın prezident seçkilərinin namizədliyi ilə bağlı keçirilən səsvermədə Kamala Harris Demokratlar Partiyasının nümayəndələrinin səslərinin 99 faizini qazanıb
ABŞ-ın prezident seçkilərinin namizədliyi ilə bağlı keçirilən səsvermədə Kamala Harris Demokratlar Partiyasının nümayəndələrinin səslərinin 99 faizini qazanıb

 

ABŞ-ın prezident seçkilərinin namizədliyi ilə bağlı keçirilən səsvermədə vitse-prezident Kamala Harris Demokratlar Partiyasının nümayəndələrinin səslərinin 99 faizini qazanıb. Bu haqda Demokratlar Partiyasının rəhbərliyi beş günlük elektron səsvermə başa çatdıqdan sonra bəyan edib.

Elektron səsvermədə yeganə namizəd Kamala Harris olub. İndi onun namizədliyi partiyanın milli qurultayında rəsmən təsdiqlənməlidir. Qurultay avqustun 19-da başlayacaq.

4500-ə yaxın nümayəndə keçən həftə Demokratlar Partiyasının prezidentliyə namizədinə səs verməyə başlayıb. Səsvermə prosesi isə bazar ertəsi başa çatıb.

Səsvermənin keçirilməsi zərurəti Amerikanın Prezidenti Co Baydenin prezident seçkilərindən namizədliyini geri çəkməsindən sonra yaranıb.