ABŞ-ın Nyu Orlean şəhərində yük maşınının izdihamın üzərinə sürməsi nəticəsində azı 10 nəfər ölüb, 30 nəfər yaralanıb
ABŞ-da, Yeni Orlean şəhərinin Fransa məhəlləsində yük maşını Burbon küçəsində insanların üzərinə çırpılıb, nəticədə on nəfər ölüb. Rəsmilər hadisənin çox sayda insanın Yeni ili qeyd etdiyi məşhur turistik ərazidə baş verdiyini bildirib.
Şahidlərin CBS News-a verdiyi məlumata görə, ağ pikap yüksək sürətlə Burbon küçəsində insanların üzərinə sürüb, sonra sürücü çıxıb və atəş açıb, polis atəşə cavab verib.
Yeni Orlean meriyasından verilən açıqlamada 30 nəfərin yaralanaraq xəstəxanalara aparıldığı, ən azı 10 nəfərin öldüyü qeyd edilib.