ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri - 2008-ci ildə Gürcüstanın NATO-ya götürülmədiyi, Putinə hər istədiyi etməyə imkan verdi
Martın 13-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin iclasında “NATO-nun 70 illiyi – Dəyişirilməyən alyans” adlı iclas keçirildi.
İclasa “WestExec Advisors” təşkilatının həm-təsisçisi və icraçı partnyoru Mişel Flouren, “Belfer” mərkəzinin Avropa və Trans-Atlantik əlaqələr üzrə layihənin tədqiqatçısı, ABŞ-ın NATO-daki sabiq daimi nümayəndəsi Duqlas Lut, Almaniya Marşal Fondunun icraçı vitse-prezidenti və təhlükəsizlik və müdafiyə siyasətinin müşaviri Derek Çole, Atlantik Şuranın tədqiqatçısı və Avropa və NATO məsələləri üzrə ABŞ-ın müdafiyə katibini sabiq müavini İan Brjejinski dəvət edilmişdilər.
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, iclas zamanı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Trans-Atlantik alyans birliyinin daha da gücləndirilməsinin zərurəti xüsusi ilə vurğulandı.
Həmçinin, ABŞ konqresmenləri Gürcüstanın NATO-ya üzv olmasına və onun Rusiya tərəfindən gələn aqressiyadan qorunmasında dəstək verilməsi ilə bağlı bəyanatlar verdilər.
ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Eliot Encelin bəyanatına görə, “2008-ci ildə, NATO Gürcüstanı və Ukraynayı alyansa götürmək üçün gözəl şansı itirdi. Onları alyansa götürməməklə NATO Putinə Krımda və digər ərazilərdə hər istədiyini edə biləcəyini və bizim isə, onu dayandırmaq üçün gücümüzün olmadığını düşünmək üçün imkan yaratdı”.