ABŞ -ın Müdafiə Təhdidlərinin Azaldılması Agentliyinin təşkilatçılığı ilə Tbilisidə səhra şəraitində praktiki təlimlər başlayıb
ABŞ -ın Müdafiə Təhdidlərinin Azaldılması Agentliyinin təşkilatçılığı ilə Tbilisidə səhra şəraitində praktiki təlimlər başlayıb

 

Gürcüstanın DTX-si genişmiqyaslı tədbirə, idarələrarası səhra şəraitində praktiki təlimə ev sahibliyi edir.

DTX-dən verilən məlumatda, təlimin kimyəvi, bioloji, radiasiya və nüvə təhlükələrinin yayılmasına qarşı mübarizə məqsədi daşıdığı deyilir. Bununla yanaşı, onlar tərəfindən verilən məlumatda təlimin ABŞ-ın Müdafiə Təhdidlərinin Azaldılması Agentliyinin (DTRA) təşkilatçılığı ilə keçirildiyi və Amerikadan xüsusi olaraq gəlmiş qrup tərəfindən müşahidə olunacağı qeyd olunub.

Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini, general-mayor Qiqa Nikolaişvili səhra təlimi tədbirinin açılışını edərək, ABŞ-dan xüsusi olaraq gəlmiş mütəxəssislər və təlimə qoşulan qurumların məsul şəxsləri qarşısında çıxış edib.

“Dövlət Təhlükəsizlik Xidməti adından sözügedən təlimin təşkilinə və müxtəlif istiqamətlərdə onlardan daim aldığımız dəstəyə görə amerikalı tərəfdaşlarımıza, ABŞ Müdafiə Təhdidlərinin Azaldılması Agentliyinin rəhbərliyinə və onun nümayəndələrinə səmimi təşəkkürümü bildirirəm. DTX-nin təlim mərkəzinin bazasında və müxtəlif təlim bazalarında keçirilən təlimlərin məqsədi ölkədə mövcud güc strukturlarının koordinasiyasını gücləndirməkdir. Təlim misilsizdir və Gürcüstanda ilk dəfə keçirilir. Təlimlər nəticəsində hazırlıqdan keçim xüsusi xidmət orqanlarının əməkdaşları ölkəmizin təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verəcəklər” – deyə Qiqa Nikoleişvili bildirib.

Bununla yanaşı, DTX-dən verilən məlumatda, ABŞ-ın Müdafiə Təhdidlərinin Azaldılması Agentliyinin (DTRA) təşkilatçılığı ilə keçirilən təlimlərdə ölkənin təhlükəsizliyinə cavabdeh olan aparıcı qurumların – Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti və Müdafiə Nazirliyinin bölmələrinin iştirak etdiyi deyilir.

“Qeyd etmək lazımdır ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti və ABŞ-ın Müdafiə Təhdidlərinin Azaldılması Agentliyinin uzunmüddətli əməkdaşlığı nəticəsində Gürcüstanın xüsusi xidmət orqanları peşəkar bacarıqlarını əhəmiyyətli dərəcədə artırıb, müvafiq bölmələr xüsusi avadanlıqla təchiz olunub və kimyəvi, bioloji, radiasiya və nüvə təhlükəsizliyi, minalardan təmizləmə və kütləvi qırğın silahlarının yayılmaması sahəsində uğurla fəaliyyət göstərir.

Dövlət Təhlükəsizlik Xidmətinin təlim mərkəzində keçirilən açılış mərasimində ABŞ-ın Müdafiə Təhdidlərinin Azaldılması Agentliyinin, ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinin və Corciya ştatının Milli Qvardiyasının nümayəndələri, DİN-in Fövqəladə Hallar Xidmətinin rəhbəri və təlimdə iştirak edən qurumların məsul şəxsləri iştirak ediblər. Təlim avqustun 19-da başa çatacaq”-deyə DTX-nin məlumatında deyilir.