ABŞ-ın müdafiə naziri Ukraynanın müdafiə naziri ilə Ukraynada təhlükəsizlik sahəsində yardım və hərbi əməliyyatlar barədə danışıb
ABŞ-ın müdafiə naziri Ukraynanın müdafiə naziri ilə Ukraynada təhlükəsizlik sahəsində yardım və hərbi əməliyyatlar barədə danışıb

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynanın müdafiə naziri Rustem Umerovla danışıb. Ostin bu barədə sosial şəbəkədə yazıb.

Söhbətdə Ukraynanın təhlükəsizlik sahəsində yardım və davam edən hərbi əməliyyatlarına toxunulub.

“ABŞ Ukraynaya Rusiyanın təcavüzündən özünü müdafiə etmək üçün kömək etməkdə sadiq qalır”, – Ostin yazır.

Umerov isə Ostinə müharibə meydanındakı vəziyyətin dinamikası, eləcə də Rusiyanın Ukraynaya hücumlarının təsiri barədə məlumat verib.