ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü - Gürcüstan parlamentinin üzvlərini cəsarət göstərməyə və prezidentin vetosunu aşmamağa çağırırıq
ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü - Gürcüstan parlamentinin üzvlərini cəsarət göstərməyə və prezidentin vetosunu aşmamağa çağırırıq

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Vatson sosial şəbəkədə Gürcüstan prezidenti Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoymasına münasibət bildirdi.

“Mən şadam ki, Gürcüstan prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanuna veto qoymaqla Gürcüstanın Avro-atlantik gələcəyini qoruyur. Biz parlament üzvlərini eyni cəsarəti göstərməyə və onun vetosunu aşmamağa çağırırıq”, – Adrienne Vatson yazır.

Gürcüstan prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoydu.