ABŞ-ın Konqresində qərara gəldilər ki, “Avropada Rusiyanın dayandırılması üçün” 4,6 milyard dollar ayırsınlar. Bu haqqda razılığa ABŞ-ın Konqresi hər iki palatanın silahlı qüvvələr komitəsində nail olduş.
Qanunlayihəyə uyğun olaraq, 2018-ci ilin büdcəsindən “Avropada Rusiyanın dayandırılması üçün” ayrılmış vəsaitdən 100 milyon dolları Baltiksahili ölkələrinin müdafiə qabiliyyətinin artırılmasına ayrılacaq.
Həmçinin sənəddə söhbət Ukrayna üçün 500 milyon dollar miqdarında hərbi yardımın ayrılmasında gedir.
Komitədə həmçinin razılığa gəldilər ki, ABŞ-ın hərbi büdcəsindən Rusiya Müdafiə nazirliyi ilə əməkdaşlıq üçün pul ayırmayacaqlar.
Bundan başqa, ABŞ müdafiə idarəsinə “Kasperski” məhsulunun istifadəsi qadağan olunacaq.
Qeyd olunan layihəni öncə Nümayəndələr Palatası, sonra isə Senat təsdiq etməlidir. Bundan sonra isə, imza üçün prezidentə göndəriləcək