ABŞ-ın Gürcüstandaki Səfirliyi - Səfir Keli Deqnan borderizasiya ilə bağlı son hərəkətləri qınadı
ABŞ-ın Gürcüstandaki Səfirliyi, səfir Keli Deqnanın ilk dəfə Odzisi yaxınlığındaki inzibati ayırıcı xətti ziyarət etdiyi barədə məlumat yayır.
“Medya ilə söhbət zamanı Keli Deqnan borderizasiya ilə bağlı son hərəkətləri qınadı və bəyan etdi ki, xüsusi ilə də covid-19-la mübarizə müddətində, hərkəsin həyat xilas etməyə çalışdığı zaman belə hərəkətlər yersizdir.
Səfir həmçinin, pandemiya və xüsusi ilə də Luqar laboratoriyasının və Gürcüstanın Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin əməkdaşlığı ilə bağlı dezinformasiyanın yayılmasına görə narahatçılığını bildirdi.
Səfir ABŞ-ın Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqlədi və Rusiyaya Gürcüstan ərazisindən işğal qüvvələrinin çıxardılması və 2008-ci razılaşması ilə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün müraciət etdi” – deyilir səfirliyin bəyanatında.
ABŞ-ın Gürcüstandaki səfiri Keli Deqnan və Dövlət Təhlükəsizliyi xidmətinin rəhbər müavini Aleksandre Xocevanişvili Duşeti munisipalitetinin Odzisi kəndindəki ayırıcı xəttini bugün ziyarət etdilər.