ABŞ-ın Federal Təhqiqatlar Bürosu (Federal Bureau of Investigation) tərəfindən ağır cinayətə görə axtarılan şəxs Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən saxlanılıb

12:56, 05.06.2026

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti və Gürcüstan Baş Prokurorluğunun əməkdaşları, ABŞ Dövlət Departamenti nümayəndələri ilə imzalanmış birgə bəyannamə çərçivəsində Federal Təhqiqatlar Bürosu (FBI) ilə ikitərəfli sıx koordinasiya nəticəsində müxtəlif ağır cinayətlərə görə beynəlxalq axtarışda olan şəxsi saxlayıblar.

DİN-in məlumatına görə, hüquq-mühafizə orqanları həmin şəxsi aparılan istintaq hərəkətləri nəticəsində Tbilisi Beynəlxalq Hava Limanında saxlayıblar.

“Federal Bureau of Investigation-nin tələbi əsasında axtarışda olan şəxsə qarşı ittihamlar arasında cinayət fəaliyyətinə köməklik və iştirak, cinayətkar razılaşma (konspirasiya) və çirkli pulların yuyulması da yer alır.

Hazırda saxlanılan şəxs barəsində qanunvericiliyə uyğun ekstradisiya prosedurları aparılır.

Gürcüstan Daxili İşlər Nazirliyi ABŞ hüquq-mühafizə orqanları ilə uzun illərdir müxtəlif kateqoriyalı, o cümlədən mütəşəkkil cinayətkarlığa qarşı uğurla əməkdaşlıq edir”, – məlumatda bildirilir.

Oxşar