ABŞ-ın Ermənistandakı səfirliyi - Yerevandakı aksiyaları izləyirik, etirazçıları zorakılığa baş vurmadan sərbəst toplaşmaq hüququndan məsuliyyətlə istifadə etməyə çağırırıq
ABŞ-ın Ermənistandakı səfirliyi - Yerevandakı aksiyaları izləyirik, etirazçıları zorakılığa baş vurmadan sərbəst toplaşmaq hüququndan məsuliyyətlə istifadə etməyə çağırırıq

 
ABŞ-ın Ermənistandakı səfirliyi etirazçıları zorakılığa baş vurmadan sərbəst toplaşmaq hüququndan məsuliyyətlə istifadə etməyə çağırır.

ABŞ-ın Ermənistandakı səfirliyinin bəyanatına əsasən, siyasi mübahisələrin həlli yolu demokratik prosesdir.

“ABŞ-ın Ermənistandakı səfirliyi Yerevanda davam edən etiraz aksiyalarını izləyir. Etirazçıları zorakılığa baş vurmadan sərbəst toplaşmaq hüququndan məsuliyyətlə istifadə etməyə çağırırıq. Demokratik proses siyasi mübahisələrin həlli yoludur. Biz həmçinin hüquq-mühafizə orqanlarını vətəndaşların ifadə və sərbəst toplaşmaq hüquqlarını qoruyacaq şəkildə asayişi qorumağa, nümayişləri işıqlandıran jurnalistlərlə əlaqəli hadisələr də daxil olmaqla prosedurların pozula biləcəyi istənilən insidenti araşdırmağa çağırırıq” – deyə bəyanatda qeyd olunub.

Ermənistanda aksiyalar aprelin 20-dən davam edir. Aksiya iştirakçıları Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində birtərəfli güzəştlərə etiraz etdiklərini bildirirlər.

İyunun 12-də Yerevanda aksiyada 98 nəfəri saxlayıblar. Nikol Paşinyanın deputatların suallarını cavablandırdığı Ermənistan Parlamentinin binası yaxınlığında vəziyyət xüsusilə gərginləşib. Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçiləri parlamentin hasarından uzaqlaşdırmağa çalışıblar və bu məqsədlə onlar səs-küylü xüsusi vasitələrdən istifadə ediblər.

Yerli medianın verdiyi məlumatda, polislər də daxil olmaqla 101 nəfərin xəsarət aldığı deyilir.