ABŞ-ın dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini “Gürcü Arzusu”nun üzvləri ilə görüşüb
ABŞ dövlət katibinin mülki təhlükəsizliyi, demokratiya və insan haqları üzrə müavini Uzra Zeia sosial şəbəkədə “Gürcü Arzusu”nun üzvləri ilə görüşü barədə məlumat yayır.
“Gürcü Arzusu”nun qadın liderləri ilə demokratik normaların və insan haqlarının qorunmasının vacibliyini müzakirə etdik. ABŞ gürcü xalqının Avro-Atlantik istəklərini güclü şəkildə dəstəkləyir, ama “Gürcü Arzusu”nun hərəkətləri bu məqsədə doğru irəliləyişə mane oldu. Biz Gürcüstan hökumətini antidemokratik hərəkətləri və ABŞ əleyhinə dezinformasiyanı dayandırmağa çağırırıq”, – Uzra Zeia sosial şəbəkədə yazır.