ABŞ-ın Dövlət Katibi Belorusiya iqtidarına müraciət edir ki, vətəndaş cəmiyyəti ilə dialoqa başlasın
ABŞ-ın Dövlət Katibi Maik Pompeo Belorusiya iqtidarına müraciət edir ki, vətəndaş cəmiyyəti ilə dialoqa başlasın.
Bu barədə bəyanatı Maik Pompeo Polşaya səfər zamanı verdi.
Məlumatı Reuters agentliyi yayır.
Pompeonun dediyinə görə, ABŞ Belorusiyada keçirilən etiraz aksiyalarını və baş verən hadisələri diqqətlə izləyir.
“Bizim ümumi məqsədimiz Belorusiya xalqına dəstək verməkdir. Etiraz edən xalqın tək istəyi var, onlar ölkə iqdidarını özləri seçmək istəyirlər.
Belorusiya iqtidarına müraciət edirik ki, vətəndaş cəmiyyəti ilə dialoqa başlasın” – dedi Maik Pompeo.