ABŞ-ın Demokratlar Partiyasının bu günkü qurultayında Kamala Harrisin prezidentliyə namizədliyinin rəsmi olaraq irəli sürüləcəyi gözlənilir
ABŞ-ın Demokratlar Partiyasının bu günkü qurultayında Kamala Harrisin prezidentliyə namizədliyinin rəsmi olaraq irəli sürüləcəyi gözlənilir

Bu gün ABŞ-da Demokratlar Partiyasının Milli qurultayı keçiriləcək və burada ABŞ-ın vitse-prezidenti Kamala Harris prezidentliyə namizəd kimi rəsmi olaraq təqdim olunacaq.

Demokratlar Partiyasının Milli Qurultayını Co Bayden açacaq. Qurultayda ABŞ prezidenti çıxış edəcək.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Qalib gəldiyi təqdirdə, Kamala Harris ilk qadın prezident olacaq.

Çikaqoda Demokratik Partiyanın Milli qurultayı başlamazdan əvvəl Fələstin tərəfdarlarının aksiyası keçirilib. Nümayişdə 500-ə yaxın insan iştirak edirdi. Aksiya iştirakçıları əllərində Fələstin bayraqları tutaraq siyasətçilərin daha az danışması və daha çox hərəkət etməsinin vaxtının şatdığını bildirirdilər.