ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri birgə görüş keçiriblər
ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri birgə görüş keçiriblər

 
ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri Bakıda birgə görüş keçiriblər. Bu barədə məlumatı ABŞ-ın Azərbaycandakı diplomatik nümayəndəliyi yayır.

ABŞ səfirliyindən verilən məlumata görə, görüşdə həmçinin ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson, Dövlət Departamentinin baş müşaviri Endryu Şofer və ABŞ-nin Avropa və Avrasiyaya yardım üzrə əlaqələndiricisi vəzifəsini icra edən Qreq Naarden iştirak ediblər.

Bəyanatda hər üç ölkənin paytaxtının daha əvvəl də oxşar görüşə ev sahibliyi etdiyi bildirilib.

“Bölgədən və Vaşinqtondan olan həmkarlar fikir və məlumat mübadiləsi aparmaq üçün toplaşıblar. Birləşmiş Ştatlar Azərbaycan, Gürcüstan və Ermənistanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edərkən biz tərəfdaşlığımızı gücləndirməyə və Cənubi Qafqaz xalqları üçün daha təhlükəsiz, sabit və firavan gələcəyin təmin olunması naminə sadiqliyimizi vurğulayırıq”-deyə bəyanatda qeyd olunub.