ABŞ-ın 2023-cü ilin büdcə layihəsi Gürcüstana yardım şəklində ən azı 132 025 000 dollar ayrılmasını nəzərdə tutur
ABŞ-ın 2023-cü ilin büdcə layihəsi Gürcüstana yardım şəklində ən azı 132 025 000 dollar ayrılmasını nəzərdə tutur

 

ABŞ-ın 2023-cü ilin büdcə layihəsi Gürcüstana yardım şəklində ən azı 132 025 000 dollar ayrılmasını nəzərdə tutur.

ABŞ-ın büdcə layihəsində Gürcüstanın işğal olunmuş bölgələrinə ayrıca fəsil həsr olunub.

2023-cü ilin Birləşmiş Təxsisatlar Aktına əsasən, Rusiya tərəfindən işğal olunmuş Gürcüstan ərazilərinin-Abxaziya və qondarma Cənubi Osetiyanın müstəqilliyini tanıyan, diplomatik münasibətlər quran və haqqında ABŞ dövlət katibi tərəfindən Təxsisatlar Komitəsinə məlumat verilmiş hökumət və ölkələrə büdcədə nəzərdə tutulmuş heç bir maliyyə yardımı göstərilməməlidir. Sənədə əsasən, ABŞ dövlət katibi Dövlət Departamentinin saytında belə hökumətlərin və ya ölkələrin siyahısını vaxtında dərc etməlidir.

Eyni zamanda, əgər dövlət katibi bunun ABŞ-ın milli maraqlarına uyğun olduğunu müəyyən edib Təxsisatlar Komitələrinə məlumat verərsə və bu marağın əsaslandırılmasını ehtiva edərsə, katib bu müddəa ilə tələb olunan yardımın məhdudlaşdırılmasından imtina edə bilər. Birləşmiş Təxsisatlar Aktına əsasən, bu aktda nəzərdə tutulan vəsait Rusiya Federasiyası tərəfindən Gürcüstanın işğal olunmuş əraziləri – Abxaziya və Tsxinvali regionu/Cənubi Osetiyanın işğalını dəstəkləmək üçün əlçatan ola bilməz.