ABŞ-ın Ədliyyə Departamentinin sənədlərinə əsasən, Qiorqi Marqvelaşvilinin də iştirak etdiyi fəaliyyətlərdən birində media şirkət Mixeil Saakaşvilinin adından 12 min dollara qədər vəsait alıb
ABŞ-ın Ədliyyə Departamentinin yaydığı və Mixeil Saakaşvilinin kirayələdiyi lobbi şirkətlərinin fəaliyyətindən bəhs edən sənəddə “Cision PR Newswire PR” media şirkətinin fəaliyyətindən də bəhs edilir.
Məlum olduğu kimi, adıçəkilən media şirkət konkret məzmunlu press-relizlərin yayılmasına cavabdeh olub, onun məqsədi bu məlumatı beynəlxalq mediaya çatdırmaq olub.
Sənədə əsasən, press-relizlərin birində qeyd edilməli idi ki, “Gürcüstanın dördüncü prezidenti Qiorqi Marqvelaşvili keçmiş prezident Saakaşvilinin həyatını xilas etmək üçün səy göstərən koalisiyaya rəhbərlik edir”. Bunun üçün şirkət Mixeil Saakaşvilinin adından 12 min dollara qədər vəsait alıb.
İyulun 19-da ABŞ-ın Ədliyyə Departamenti Qiuli Alasania və Mixeil Saakaşvilinin kirayələdiyi lobbi şirkətləri və onların fəaliyyəti ilə bağlı məlumatları dərc edib. Sənədlərlə “Akerman” və “GP International” lobbi şirkətlərinin altı aylıq hesabat dövründə Avropa Parlamentinin qətnamələri, Gürcüstana qarşı sanksiyalar, Saakaşvilinin əfv edilməsi tələbilə Gürcüstan Prezidenti ilə görüşmək cəhdi, eləcə də polşalı həkimlərlə bağlı müxtəlif fəaliyyətlər həyata keçirdikləri müəyyən edilib.
Bununla yanaşı, iyulun 20-də Mixeil Saakaşvilinin lobbiçilərinin fəaliyyəti ilə bağlı xarici KİV üçün hazırlanmış materiallara istinad edən daha bir sənəd məlum olub.