ABŞ-ın Ədliyyə Departamenti "Pormula" teleşirkətinin kirayələdiyi lobbi şirkətinin 6 aylıq fəaliyyəti ilə bağlı məlumat dərc edib
ABŞ-ın Ədliyyə Departamentinin saytında “Pormula” teleşirkətinin kirayələdiyi “Cornerstone Government Affairs” lobbi şirkətinin son altı aydakı (sentyabr 2023-fevral 2024) fəaliyyəti barədə məlumat yayılır.
“Cornerstone” qrupu 2023-cü ilin mayında “Pormula” teleşirkəti ilə müqavilə imzalayıb. Sənəddə “Cornerstone” qrupunun nümayəndələrinin görüşlər təşkil etməyə çalışdıqları şəxslərin siyahısı var. Onların arasında ABŞ Senatının və Konqresinin üzvləri, müşavirlər, köməkçilər, müxtəlif tədqiqat və analitik mərkəzlərin nümayəndələri var. Bu görüşlərin keçirilməsində və elektron məktubların göndərilməsində məqsəd, əsasən, “Cənubi Qafqazda təhlükəsizliklə bağlı Gürcüstan haqqında yenilənmiş məlumatların verilməsi” və “Gürcüstan və ABŞ münasibətləri haqqında yenilənmiş məlumatların verilməsi” kimi göstərilir.
Siyahıdan “Cornerstone” lobbiçilərinin “Jamestown Foundation”, “Brookings”, “Hudson Institute”, “McCain Institute”, “Heritage Foundation” və s. kimi analitik mərkəzləri ilə əlaqə saxladıqları məlum olur. Sözügedən hesabata əsasən, lobbiçilərin sonuncu fəaliyyəti 2024-cü ilin yanvarında qeydə alınıb ki, bu da Gürcüstanda Makkeyn İnstitutunun fəaliyyəti ilə bağlıdır.
Həmin sənədlərə əsasən, “Pormula” teleşirkəti may-avqust aylarında göstərdiyi xidmətlərə görə Amerikanın lobbi şirkətinə 110 000 dollar ödəyib.