ABŞ hökuməti və "Pfizer" Covid-19 əleyhinə yeni həblərin milyonlarla dozasının tədarükünə razılaşıblar
ABŞ hökuməti və “Pfizer” şirkəti Covid-19-a qarşı milyonlarla doza yeni həblərin tədarükü barədə razılığa gəliblər, – bu barədə ABŞ prezidenti Co Bayden bildirib.
ABŞ prezidentinin sözlərinə görə, ABŞ-ın “Qida və Dərman Administrasiyası”-nın avtorizasiya verməsi halında, ölkədə tezliklə həblər ola və virusa yoluxanları müalicə edə bilər.
“Biz artıq milyonlarla dozanı tədarük etmişik. Bu terapiya insanları Covid-19-un ən pis təsirlərindən qorumaq üçün alətlər qutumuzda başqa bir vasitə olacaq” -deyə Co Bayden bildirib.
“Pfizer” şirkətinin məlumatına görə, yeni eksperimental həblər xəstəxanaya yerləşdirmə və ölüm hallarını 90 faiz azaldır.