ABŞ - Gürcüstanın Rusiya tərəfindən işğal edilən ərazilərinə İnsan Hüquqlarının Ali Komisarı Ofisinin buraxılmasına yenə icazə verilmir
ABŞ - Gürcüstanın Rusiya tərəfindən işğal edilən ərazilərinə İnsan Hüquqlarının Ali Komisarı Ofisinin buraxılmasına yenə icazə verilmir

ABŞ, BMT-nin insan hüquqları şurasında təqdim edilən – “Gürcüstanla əməkdaşlıq” rezolyusiyasına dəstək verdi və bütün şura üzvlərini rezolyusiyaya dəstək verməyə çağırdı.

ABŞ nümayəndəsi nitqlə çıxış edərkən bəyan etdi ki, insan hüquqlarının qorunması ilə bağlı vəziyyətin daha da yaxşılaşdırılması üçün, Gürcüstan iqtidarı İnsan Hüquqlarının Ali Komisar ofisi ilə ilə sıx əməkdaşlıq edir.

“Pozuntular haqqında ciddi faktların mövcud olmasına rəğmən, Gürcüstanın işğal edilmiş ərazilərinə Ali Komisar ofisinin daxil olmasına izin verilmir” – dedi ABŞ nümayəndəsi.

2017-ci ilin martın 23-də BMT-nin İnsan Hüquqları Şurası Gürcüstan haqqında rezolyusiya qəbul etdi.

Rezolyusiyada İnsan Hüquqları şurası Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiqləyir.

Sənəddə həmçinin, regional və beynəlxalq monitorinq mexanizmlərinin işğal edilən Abxaziya və Osetiya regionlarına daxil olmalarına icazəni verilmədiyinə görə narahatçılıq bildirilir.

Bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.