ABŞ Gürcüstana yardım şəklində 105 milyon 320 min dollar ayıracaq
ABŞ Gürcüstana yardım şəklində 105 milyon 320 min dollar ayıracaq

Konqresdə demokratlar və respublikaçılar 1,3 trilyon büdcənin təsdiqinə razılaşdılar. Büdcə üzrə müzakirə bir neçə həftə ərzində aparılırdı. Müdafiə və hərbi büdcə 700 milyard dolları təşkil edir.

ABŞ-da yeni büdcənin layihəsi Gürcüstan və Ukrayna üçün vəsaitin ayrılmasını nəzərdə tutur. Söhbət Gürcüstan üçün yardım şəklində 105 320 000 dolların ayrlmasından gedir. Ukrayna üçün isə, 420 700 000 dollar ayrılacaq.

Konqresin Nümayəndələr Palatasının spikeri, Pol Rayan qeyd olunan qanunlayihəni yeni dövrün başlanğıcı kimi dyərləndirdi.

Qeyd olunan büdcə Meksika-ABŞ sərhədinin tikintisi üçün ayrılan vəsaitləri də nəzərdə tutur. Bunun üçün 1,6 milyard dollar ayrılıb.