ABŞ qida və medikamentlər administrasiyası fayzerə 16 yaşından yuxarı şəxslər üçün tam avtorizasiya verdi
ABŞ qida və medikamentlər administrasiyası fayzerə 16 yaşından yuxarı şəxslər üçün tam avtorizasiya verdi

ABŞ qida və medikamentlər administrasiyası koronavirusa qarşı fayzer vaksininə 16 yaşından yuxarı şəxslər üçün tam avtorizasiya verdi.

“CNN” teleşirkətinin yaydığı məlıumata görə, bu ilk vaksindir ki, ABŞ qida və medikamentlər administrasiyasından tam avtorizasiya əldə etdi.

Koronavirusa qarşı fayzer vaksinini ABŞda 16 yaşından yuxarı şəxslərdə fövqəladə istifadə üçün dekabrın ortasında təsdiq etdilər. Sonralar isə, mayda avtorizasiya 12 yaşdan yuxarılar üçün genişləndi.

“CNN”-nin göstəricilərilə, ABŞ-da tam vaksinasiya olunmuş 170 milyon isan arasında, fayzerlə 92 milyondan artıq insan peyvənd olunub.