ABŞ Federal Təhqiqatlar Bürosu “Həmas”ın İsrailə hücumunun ildönümü ilə əlaqədar ştatların əhalisini potensial təhlükələr barədə xəbərdar edir
ABŞ Federal Təhqiqatlar Bürosu “Həmas”ın İsrailə hücumunun ildönümü ilə əlaqədar ştatların əhalisini potensial təhlükələr barədə xəbərdar edir.
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) və Daxili Təhlükəsizlik Departamenti birgə bəyanat yayıb. Onlar ictimaiyyəti ABŞ-da müxtəlif aktorlar tərəfindən yarana biləcək potensial təhlükələr barədə xəbərdar edirlər.
Bu xəbərdarlıq HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumunun ildönümü ilə əlaqədardır. Bəyanatda qeyd olunub ki, bu tarix zorakı ekstremistləri ictimai təhlükəsizliyi təhdid etməyə sövq edə bilər.
Hüquq-mühafizə orqanları ictimaiyyəti ayıq-sayıq olmağa və hər hansı şübhəli hərəkətlə bağlı dərhal müvafiq orqanlara məlumat verməyə çağırır.