ABŞ dövlət katibinin müavini - Vaşinqton ölkələrin hansı ittifaqlara qoşulacaqlarını müstəqil şəkildə seçmə prinsipini dəstəkləyir
Vaşinqton ölkələrin hansı ittifaqlara qoşulacaqlarını müstəqil şəkildə seçmə prinsipini dəstəkləyir-ABŞ Dövlət Departamentinin məlumatına görə, bu barədə ABŞ dövlət katibinin müavini Vendi Şerman Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşü zamanı bildirib.
Amerikalı və rus diplomatlarının görüşü iki ölkə arasında strateji dialoqun başlamasına bir gün qalmış Cenevrədə baş tutub.
ABŞ dövlət katibinin müavini Vaşinqtonun suverenliyə, ərazi bütövlüyü və suveren xalqların azadlığına sadiqliyini vurğulayıb. ABŞ Dövlət Departamentinin məlumatına görə, Vendi Şerman ABŞ-ın diplomatiya yolu ilə əldə edilmiş real irəliləyişi alqışladığını təsdiqləyib.
“ABŞ Rusiya ilə Strateji Sabitlik Dialoqunda bəzi ikitərəfli məsələləri müzakirə edəcək, lakin Avropanın təhlükəsizliyini bizim avropalı müttəfiqlərimiz və tərəfdaşlarımız olmadan müzakirə etməyəcək” -bu barədə ABŞ-ın xarici qurumunun bəyanatında deyilir.