2022-ci ilin 5-7 oktyabr tarixlərində ABŞ dövlət katibinin Silahlara Nəzarət və Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə müavini Boni Denis Cenkins Gürcüstana rəsmi səfər edəcək.
Müvafiq bəyanat ABŞ Dövlət Departamentinin saytında dərc olunub.
Qurumdan verilən məlumatda Cenkinsin Tbilisiyə səfəri zamanı Mərkəzi Asiya və Qafqaz regionu üzrə Biotəhlükəsizlik Assosiasiyasının konfransında çıxış edəcəyi və “Covid-19”la mübarizədə əldə olunan təcrübədən danışacağı deyilir.
Bununla yanaşı, ABŞ Dövlət Departamentinin saytında qeyd edildiyi üzrə, Boni Cenkins Gürcüstana səfəri zamanı ikitərəfli görüşlər keçirəcək.